
Telefonla DYP-ə çağırıla bilərsinizmi? Yol Polisi sizi idarəyə çağırırsa, nələri bilməlisiniz?
Təsəvvür edin: Sıradan bir iş günüdür, sükan arxasındasınız və qəfil telefonunuza naməlum nömrədən zəng gəlir. Qarşı tərəfdəki səs özünü təqdim edir: "Salam, Dövlət Yol Polisi İdarəsindən zəng edirik. Kamera görüntülərində sizin avtobus zolağına daxil olduğunuz müəyyən edilib. Zəhmət olmasa, izahat vermək üçün idarəyə yaxınlaşın."
Motosikletçilər hansı zolaqda hərəkət edə bilərlər
1. Zolaqda necə yerləşmək lazımdır? Qanunun 49-cu maddəsinin I hissəsinə görə bütün nəqliyyat vasitələri normal hərəkət zamanı "...yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər." Bu qayda motosikletlərə də aiddir. Yəni motosiklet hərəkət edərkən sağ kənar zolaqla getməlidir. Sağ zolaq boşdursa sol zolaqlarla hərəkət etmək qadağandır.

Ər arvadın maşınını vursa, sığorta ödəniş verəcəkmi?
Təsəvvür edin: Yol gedirsiniz, qəflətən qabaqdakı maşın tormozlayır və zəncirvari qəza baş verir. Siz qabaqdakı maşını vurursunuz, arxadakı isə sizi. Bura qədər hər şey standartdır. Amma bir "kiçik" detal var: Sizi arxadan vuran sürücü sizin həyat yoldaşınızdır.

DYP yazan protokoldan şikayət etmə qaydası
Bir çox sürücülərin onlara yazılmış oinzibati protokoldan şikayət etmək hüququ var. Bu İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Əgər sizə cərimə yazılıbsa və siz yazılmış cəriməni haqsız hesab edirsinizsə, bu inzibati protokoldan 20 gün ərzində şikayət edə bilərsiniz.

Tramvaya necə yol verməli?
Sizcə burada avtobus sürücüsü tramvaya yol verməlidir?

CVT sürət qutusu. Variator haqqında miflər.
CVT (Continuously Variable Transmission) – yəni davamlı dəyişən ötürücü qutu – klassik mexaniki və avtomat qutulardan əsaslı şəkildə fərqlənir. Burada fiksə edilmiş pillələr yoxdur. Əvəzində ötürmə nisbəti sərbəst şəkildə dəyişir, bu isə mühərrikin optimal rejimdə işləməsinə və sürətlənmənin daha yumşaq olmasına imkan verir.

İş saatlarının dəyişməsi tıxac problemini həll edəcəkmi?
Bakının bitməyən tıxac problemi hər birimizin gündəlik həyatına təsir edir. İtirilən vaxt, artan stress və əlavə yanacaq sərfiyyatı... Bəs bu problemin həlli fərqli iş saatlarında gizlənirsə?

Şəhərin mərkəzinə giriş ödənişli olacaq
19 sentyabr 2025-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin Fərmanı ölkədə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsi istiqamətində mühüm bir addım oldu. Fərmanın əsas məqsədi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artırmaq, təhlükəsizliyi təmin etmək və beynəlxalq təcrübəyə uyğun dayanıqlı ictimai nəqliyyat sistemi formalaşdırmaqdır.

Elektromobillər təhlükəlidir?
Son vaxtlar elektromobillərin sürətlə yayılması ilə bağlı yeni suallar ortaya çıxır. Onlardan biri də belədir: “Elektromobil elektromaqnit şüalanma (EMİ) yayırmı və bu, insan üçün təhlükəlidirmi?”

Köhnə avtomobilin utilizasiya qaydası
2024-cü ilin 31 yanvar tarixində nəqliyyat vasitələrinin texniki baxış və gömrük rəsmiləşdirilməsi zamanə utilizasiya rüsumları da müəyyən edildi. Qərara görə, minik atomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat haqq ödənilir.

Yol polisi kəmər taxmalıdır?
Sosial şəbəkələrdə tez-tez belə bir sualla qarşılaşırıq: “Niyə YPX əməkdaşı təhlükəsizlik kəməri bağlamır? Xarici ölkələrdə kəmər bağlayırlar axı.”
