GERİYƏ
Avtobaz 2500

Hyundai SantaFe (2018) Videoicmal | Foto


1 il idi ki, Hyundai SantaFe-nin Grand önlüyündən imtina etməsi bilinirdi. Bundan sonra yalnız sadəcə SantaFe olacaq. Sələfindən bütün parametrlərinə görə böyüyən 2018-ci ilin SantaFe modeli sözün yaxşı mənasında məni təəcübləndirdi. Avtomobil uzunluqda 4770 mm, təkər bazasında 2765 mm, enində isə 1890 mm olub. Daha bpyük, daha geniş SantaFe-nin hündürlüyü dəyişməyib - 1680 mm.

çərşənbə, 07 mart 2018

Hyundai SantaFe

Koreyalılar ortaölçülü SUV seqmentində 3-ca sıra oturacaqların əla bir bonus olduğunu çoxdan anlayıblar. Düzdür, sadə komplektasiyalı Hyundai SantaFe-nin 3-cü sırası yalnız uşaqlar üçün rahat ola bilər. Lakin full salon komplektasiyalı SantaFe-də ikinci sıra oturacaqları idarə ediləndir. İkinci sıra oturacaqda yerləşdirilmiş düymələr vasitəsi ilə oturacaqları irəli çəkib, 3-cü sıradakı basketbolçu dostlarınıza rahatlıq yarada bilərsiniz.

İndividual hava vurucları, USB çıxış və 220 Vl elektrik oyuğu ikinci sırada vaxt keçirmək istəyənlər üçün vasitədir. 

Hyundai SantaFe-nin ön alətlər paneli minimalistik dizaynda hazırlanıb. Artıq bir çoxları üçün etalon sayılan multimedia ekranı torpedoda ayrıca yerləşdirilib. Sürücü paneli isə böyük TFT monitorla təchiz edilib. Bu daha bahalı versiyalarda olacaq. Həmçinin bir çox məlumatlar ön şüşəyə proyeksiya ediləcək.

Avtomobilin güc qurğuları haqqında ənənəvi olaraq məlumat verilmədi. Yəqin ki, Hyundai SantaFe 2 benzin və bir dizel mühərriklə təchiz ediləcək. Və aralarında 2.4 litr mühərrikin olacağı ehtimalı var. Avropa bazarı üçün daha az həcmli və turbo mühərrik təqdim edilməsi ehtimalı çox yüksəkdir. Avtomobil avqust ayında Rusiyada keçiriləcək avtoşou-da MDB ölkələri üçün təqdim ediləcək və yəqin ki, payız aylarında biz də yeni SantaFe-ni görmək şərəfinə nail olarıq. Qiyməti sizə maraqlıdırsa, Koreyalılar heç zaman bu cür sərgilərdə qiymət barəsində danışmırlar.