GERİYƏ
Avtofayda 5292

Azərbaycan ordusunun məhv etdiyi OSA zenit kompleksi nədir?

Tural Yusifov


Azərbaycan ordusunun 27 sentyabr 2020-ci il tarixidnən həyata keçirdiyi əks-hücum əməliyyatlarında Ermənistan tərəfinin 15 ədəd OSA zenit-raket kompleksi məhv edilib. Və adi vətəndaş üçün bu kompelksin adı və təyinatı maraqlı olar deyə ordumuzun məhv etdiyi bu silah haqqında məlumat verməyi özümüzə borc bildik.

bazar ertəsi, 28 sentyabr 2020

Ermənistanın hərbi-siyasi rəhbərliyi nə qədər itkilərini gizlətsələr də, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə düşmənin hədəf nöqtələrinin sərrast atəşlə məhv edildiyi açıq aydın görünür. Sadəcə görüntülərdən düşmən ordusunun nə qədər itki verdiyini müəyyən etmək olar. Keçək OSA zenit-raket kompleksinə. 

OSA sovet dövrünün avtonom zenit raket kompleksidir. Bütün növ döyüş şəraitində hərbi qüvvələrin, motoatıcı birləşmlələrin, tank diviziyalarını qorumaq üçün istifadə edilir. Silahın hazırlanmasına 1960-cı illərdən başlanılıb və 1971- ci ildə sovet ordusunun ixtiyarına verilib. OSA -da 4 ədəd idarə edilən zenit raketi 9M33, OSA-AK modifikasiyasında isə 6 ədəd 9M33M2 raketə malikdir. OSA aşağıdan üçan PUA, qanadlı raket,çətin müəyyən edilən hərbi təyyarələr və vertolyotları aşkar edib məhv edə bilir.

Kiçik dayanmalarla bir obyekti 2 raketlə vura bilir. OSA 5 dəqiqə ərzində hər nöqtədə qurulub tam işlək vəziyyətə gələ bilir. 3 oxlu şassiyə malikdir, suda hərəkət edə bilir, mühərrik dizeldir.  Bu silahı ya dəmiryolu ilə, ya da İl-76 təyyarəsi ilə daşımaq mümkündür. Silah Ermənistana necə keçib yəqin anladınız. Radiolokasiya sistemi çox güclü olan bu silah bütün növ radiotezlik maneələrinə davamlıdır.

OSA 3 hissədən ibarətdir. Birinci hissə hədəf müəyyən etmə stansiyasıdır.  Antenası vasitəsi ilə 40-27 km uzaqlıqda, 5000 və 50 metr hündürlükdə qırıcı təyyarəni müəyyən edə bilir. 15 ədəd OSA -nın məhv edilməsi təyyarəçilərimiz, vertolyotçularımızın hərəkətini yüngülləşdirir. İkinci hissə hədəf müşayət etmə stansiyasıdır. Hədəf müəyyən etmə stansiyasından alınan məlumata sasən 23-14 km uzaqlıqda, 5000-50 m hündürlküdə hədəfi müəyyən edib müşayət etmə imkanlarına malikdir. Və hesablama qərarvermə cihazı 16-26 saniyə içərisində müəyyən edilmiş və müşayət edilən hədəfi vura bilir. 

OSA-nın şəxsi heyyəti 5 nəfərdən ibarət olur. Əgər 15 OSA-nın hamısında şəxsi heyyət tam olubsa, bu artıq 75 nəfər deməkdir. Şəxsi heyyətin az olması ehtimalı çox azdır. Çünki bu qurğunu az şəxsi heyyətlə idarə etmək mümkün deyil. OSA-nın malik olduğu 9M33 raketi 9 km -ə qədər məsafəyə uça bilir. Bu əməliyyat naticəsində necə bir əhəmiyyətli hərbi texnikanı sıradan çıxarmağımız göz önündədir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.

Allah ordumuza yar olsun.