GERİYƏ
Avtofayda 1529

Burada kim kimə yol verməlidir?

Tural Yusifov


Bizim bir çox testlərimizdə dairəvi hərəkət təşkil edilmiş yolayrıclarıı ilə bağlı sürücülərin unutduqıarı məqam olur. Bu dəfə də dairəvi hərəkət təşkil edilmiş yolayrıclarının keçilmə qaydasını yada salırıq.

bazar ertəsi, 21 sentyabr 2020

Beləliklə qarşımızda dairəvi hərəkət təşkil edilmiş yolayrıcıdır. Dairədə iki minik avtomobili var və yolları tramvay xətti ilə kəsişir. Sizcə burada kim kimə yol verməlidir?

Bu yol yolayrıcı dairəvi hərəkət təşkil edildiyinə görə 4.3 nişanı ilə təchiz edilib. Üstünlük nişanlarının olmamasına baxmayaraq bu eyni səviyyəli yolların kəsişməsi deyil.

Və qaydalara əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıclarında dairəvi hərəkətdə olan nəqliyyat vasitələri hərəkət üstünlüyünə malikdirlər. 

Bu o deməkdir ki, hətta tramvay sürücüsü belə dairədəki nəqliyyat vasitələrinə yol verməlidir.