GERİYƏ
Avtofayda 1093

Çox çətin test I Burada hansı nəqliyyat vasitəsi üstündür?

Tural Yusifov


Qarşımızda baş yolun istiqamətini dəyişdiyi yolayrıcıdır. Yolayrıcını düzgün ardıcıllıqla keçəcək nəqliyyat vasitələrii müəyyən edin. Əlbəttə ki, motosikletçi hamıdan cəld tərpənə bilər. Amma qaydalar var.

cümə axşamı, 17 sentyabr 2020

Burada düzgün hərəkət ardıcıllığını təyin edin.

1.Motosiklet, avtomobil, tramvay 1, tramvay 2

2.Tramvay 1, tramvay 2,motosiklet, avtomobil

3.Tramvay 1, avtomobil,motosiklet, tramvay 2

4.Tramvay 1 motosikletçi ilə eyni anda, avtomobil, tramvay 2

 

Tramvay 2 yolayrıcına ikinci dərəcəli yoldan yaxınlaşır. Oa görə yolayrıcını sonuncu keçəcək. Digər baş yolla hərəkət edən nəqliyyat vasitələrinin arasından üstünlük tramvay 1-dədir. Qanuna baxırıq:

 Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir (YHQ Maddə 77).

Bu cür yolayrıclarında tramvay relssiz nəqliyyat vasitələrindən hərəkət istiqamətindən asılı olmayaraq üstünlüyə malikdir.

Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir (YHQ Maddə 77).

Eyni zamanda avtomobilin sağından yaxınlaşan motosikletçi də hərəkət üstünlüyünə malikdir.

Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar (YHQ Maddə 77).

Testiun doğru cavabı 4-dür: Tramvay 1 motosikletçi ilə eyni anda, avtomobil, tramvay 2