GERİYƏ
Avtofayda 1703

Çox sadə sual. Burada baş yol kimdədir?

Tural Yusifov


Siz çox güman ki, belə bir situasiya ilə qrşılaşmısınız. Ümid edirəm qəza və konflikt olmadan təhlükəsiz yolunuza davam edə bilmisiniz. Sizcə YHQ-a əsasən burada üstünlük hansı sürücüdədir? İki cavab versiyamız var.

çərşənbə axşamı, 15 sentyabr 2020

Minik avtomobili üstündür yoxsa yük avtomobili?

Yolun konfiqurasiyası bizə hansı zolağın bitdiyini müəyyən etməyə imkan yaratmır. Sürücülər yanlışlığa varmasınlar deyə burada 5.15.5 nişanı quraşdırılıb. Bu nişana əsasən sağ zolaq daralır və demək ki, sağ zolaqda olan sürücü zolağı dəyişəcək. Və qaydalara əsasən zolağını dəyişən sürücü eyni istiqamətdən gəlkən nəqliyyat vasitələrinə yol verməlidir. Burada minik avtomobili üstündür.