GERİYƏ
Avtofayda 1428

Siz düzünə gedəcəksiniz, amma svetoforda əlavə seksiya yanır. Nə etməli?

Tural Yusifov


Bəzən olur ki, sürücülər hamının döndüyü yerdə saxlayıb düzünə hərəkət üçün işığın yanmasını gözləyirlər. Bu cür situasiyada ağ rəngli avtomobilin sürücüsü hansı qərarı versə doğru olar?

çərşənbə, 09 sentyabr 2020

Bu situasiyada isə necə hərəkət edilməli olduğunu izah edirik. 5.14.1 nişanı ictimai nəqliyyatın yolunun bitdiyini bildirir. Deməli avtobus üstünlüyə malik deyil. Sağdakı zolaq düzünə hərəkət etməyi və sağa dönməyə icazə verir. Ağ rəngli avtomobilin sürücüsü sveoforun yaıl işığının yanmasını gözlə və ya sağa dönə bilər.  Amma sağa dönmək istəyən avtobus sürücüsü onu tələsdirmək istəsə, bir çox sürücülərimiz kimi STOP xəttini keçə bilər. Amma STOP xəttini keçmək qayda pozuntusu sayılacaq. Amma bu cür yol hərəkətinin təşkilində isə sveoforun əlavə seksiyası nişanlanma xətti ilə birlikdə dönməyə icazə verir, amma məcbur etmir. Sürücü düzünə hərəkət etmək istəyirsə, yaşıl işığın yanmasını gözləməli və ya əlavə seksiyadan sağa dönməlidir