GERİYƏ
Avtofayda 1091

Burada uşaqlara yol verəcəksinizmi?

Tural Yusifov


Bizim yollarda əsas problemlərdən biri yol vermək anlayışının düzgün yozulmamasıdır. Fotoya diqqətlə baxın və deyin görək bu şəraitdə piyadalara yol verilməlidirmi?

çərşənbə axşamı, 01 sentyabr 2020

Siz qırmızı rəngli avtomobilin sükanı arxasındasınız. İrəlidə piyada keçidi var. Keçidin yanında böyüklərin müşaiyətində uşaqlar dayanıb. Bir qrup piyada gözləsə də, artıq iki uşaq yolu keçib. İnstiktiv olaraq əyləcləmək istəyirsən ki, bilmək olmaz sonra nə baş verəcək. Bəs görəsən qanunla dayanmalıyıq?

Qanuna əsasən bu situasiyada piyada yol vermək lazımdır. Əgər bizim hərəkəti davam etdirməyimiz piyadanın qəflətən hərəkət istiqamətini və sürətini dəyişməyə məcbur edəcəksə.

Amma piyada yiolun kənarı ilə sadəcə gəzirsə və ya keçidin yanında dayanıbsa, keçməyə cəhd göstərmirsə, ona görə dayanıb yol verməyə ehtiyac yoxdur. Uşaqların böyüklərin müşaiyətindən olub olmaması əhəmiyyət daşımır. Bu situasiyada siz hərəkətinizi davam etdirə bilərsiniz.

Yolda ehtiyatlı olun!