GERİYƏ
Avtofayda 2654

Təcrübəli sürücüsən? Bu yolayrıcında 50% sürücü caşbaş qalır.

Tural Yusifov


Bu çətin situasiya yol hərəkəti ilə bağlı biliklərinə güvənən sürücülər üçündür. Burada neçə yol ayırıcı var? Hansı istiqamətdə hərəkət etmək doğrudur?

cümə, 03 iyul 2020

Birinci yolayırıcı. İlk olaraq yadımıza salaq ki, 4.1.1 nişanı "Yalnız düzünə" bizə A və D istiqamətinə dönmədən yalnız düzünə getməyi əmr edir. Bu nişanın təsiri növbəti yolayrıcında bitir.

İkinci yolayırıcı. Burada 5.7.2 nişanı quraşdırılıb və bu nişan bizə məlumat verir ki, bir tərəfli yol təşkil edilmiş küçə ilə kəsişirik. Deməli, C istiqamətində hərəkət etmək olmaz.

Bizim yalnız iki variantımız qalır - B və E istiqaməti.

Yolunuz açıq olsun! Qaydaları pozmayın!