GERİYƏ
Avtofayda 2133

Bu qəzada günahkar kimdir?

Tural Yusifov


Yolayrıclarında qəzaların sayı hesabı yoxdur. Baxmayaraq ki, yolayrıcları nizamlanan olması qəzanı azalda bilər, amma çox təəsüf ki, reallıqda belə deyildir. Və yenə də adi bir situasiyada iki avtomobilin sürücüsü qəza edirlər.

cümə axşamı, 02 iyul 2020

Gəlin ilk olaraq nişanlarla məsələni aydınlaşdıraq. Bu nişanlar bu yolayrıcında heç bir rol oynamır. Çünki nizamlanan yolayrıclarında üstünlük nişanları qüvvədə deyildir. İndi isə keçək  №1 avtomobilə.

Qaydalara əsasən o, YHQ 76-cı maddənin 1-ci hissəsini əsas tutmalıdır:

Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

Həmçinin, qırmızı rəngli avtomobilin sürücüsü göy rəngli avtomobilin qarşısında hansı rəng yandığını bilmir.

№2 sürücü isə YHQ 76-cı maddənin 2-ci hissəsində nəzərdə tutulmuş qaydalara əməl edir:

Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Belə çıxır ki,  hər bir sürücü öz situasiyanın əsiridir. Tıbii ki, bu cür yol hırıkət təşkilinə yenidən baxılmalıdır. Amma biz mövzumuza qəza ilə başlamışıq. Və ona geri dönməliyik. Artıq hadisə baş verib və günahkar müəyyən edilməlidir. 

Formal olaraq DYP-nin inspektoru YHQ 42-ci maddənin 10-cu hissəsinə uyğun protokol tərtib etməlidir:

 

Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir.

Bu zaman günahkar qırmızı rəngli avtomobilin sürücüsü hesab ediləcək.