GERİYƏ
Avtofayda 3101

Bu suala çox az sürücü doğru cavab verir! Haradan geriyə dönmək olar?

Tural Yusifov


Hər bir sürücünün geriyə dönmə ilə bağlı tez dönmək arzusu olur. "Nə qədər tez dönsəm bir o qədər yaxşıdır" deyib istənilən yerdən dönmək olmaz. Bu fotodakı kimi haradan dönə bilərsiniz? Çox az sayda sürücü bu suala doğru cavab verir.

çərşənbə, 01 iyul 2020

Hər bir imtahan hazırlaşan şəxsə daim bir məsləhət verilir ki, məsələni sondan həll etməyə başla. Və ya yüz faiz səhv olan variantı dərhal sıralamadan çıxart ki, seçimin çox az qalsın.

Beləliklə, qaydalara əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağından və piyada keçidlərindən geriyə dönmək olmaz.

YHQ 42-ci maddə, XII hissə:

Aşağıdakı hallarda geriyə dönmək qadağandır:

1) piyada keçidlərində;

 

2) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.

A və B variantlarında olan yerlərindən isə geriə dönməyi nişan qadağan edir. Demək, göstərilən yerlərin heç birindən geriyə dönmək olmaz. Bir qədər irəli gedib icazə verilən yerdən geriyə dönmək lazımdır.

Qaydaları pozmayın və yolarda ehtiyyatlı olun.