GERİYƏ
Avtofayda 2789

Kimin işarəsi daha vacibdir?

Tural Yusifov


Bundan öncə qəza ilə bağlı yerləşdirdiyimiz izahın çoxlu sayda cavabları verildi. Təxmini 60% oxucumuz düzgün cavabı bilmirdi. Belə başa düşdüm ki, bu cür hallar çox yaşanır. Və qəza situasiyaları ilə bağlı izahları davam etdiririk.

çərşənbə axşamı, 23 iyun 2020

Qırmızı rəngli avtomobilin sürücüsü sağa dönmək istəyir. Onun qarşısında sağa əlavə seksiya yanır. Bu anda digər bir sürücü sola dönmək istəyir. Və yol ayyrıcında qəza baş verir. Burada günhakra kimdir?

Hər iki sürücü yaşılk işıqda hərəkət edir. Bir sürücüdə isə bu svetoforun əlavə seksiyası üzrədir. Qaydalara görə əlavə seksiyadan dönən sürücü seksiyadakı ox istiqamətində dönən zaman bütün istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.  Ağ rəngli avtomobilin sürücüsü isə svetoforun əsas seksiyasından geriyə dönmə edir.

Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir (YHQ 76-cı maddə,2-ci hissə).

Bu cür situasiya hər gün akademik Həsən Əliyev küçəsi ilə, Koroğlu Rəhimov küçələrinin kəsişmələrində baş verir. Ağ rəngli avtomobilin sürücüsü əsas seksiya işığında sola dönmə etdiyinə görə, qırmızı rəngli avtomobilin sürücüsü ona yol verməlidir. Yox, əgər svetoforda hər iki sürücü öz əlavə seksiyasından dönərsə, bu zaman sağdakı nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Lakin şəkildə verilən situasiyada sağ qol prinsipi işləmir. Əsas seksiyada hərəkət edən sürücü üstünlük hüququna malikdir.